Bakıda «Elektron hökumət» layihələrində Coğrafi informasiya sistemlərinin GİS tətbiqi» mövzusunda seminar keçiriləcək
05 aprel 2012 13:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü və «İntegris» şirkətinin təşkilati dəstəyi ilə Bakıda «Elektron hökumət» layihələrində Coğrafi informasiya sistemlərinin (GİS) tətbiqi» mövzusunda seminar təşkil olunacaq.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, seminarda rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, «DATA+» şirkətinin baş direktoru Aleksey Uşakov, «İntegris» MMC-nin baş meneceri və digər şəxslərin iştirakı nəzərdə tutulub.
Seminarda Rabitə və İnformasiya Texnologiyaları, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat, Mədəniyyət və Turizm, Daxili İşlər, Səhiyyə, Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə, Dövlət Şəhərsalma və Arxitektura, Dövlət Gömrük, Əmlak Məsələləri Dövlət komitələri (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşma Mərkəzi), Dövlət Neft Şirkəti, «Azərsu» ASC, «Azəriqaz» İB, «Azərenerji» SC, «Meliorasiya və Su Təsərrüfatı» ASC, «İçərişəhər» Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu, Bakı Dövlət və Azərbaycan Memarlıq və İnşaat universitetlərinin nümayəndələri iştirak edəcək.

İnfrastruktur
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024
Böyük Qayıdışa dair Proqramın icrası ilə bağlı monitorinqlərin nəticələri müzakirə olunub
15:47
17 may 2024