Bank Of Baku

Azərbaycan və Hindistan hava əlaqəsi haqqında saziş imzalayacaq

Azərbaycan və Hindistan hava əlaqəsi haqqında saziş imzalayacaq
# 06 aprel 2012 07:48 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Azərbaycan və Hindistan hava əlaqəsi haqqında saziş imzalayacaq. Bu barədə “APA-Economics”ə Hindistanın Azərbaycandakı səfiri Debnat Şou məlumat verib.

Onun sözlərinə görə, sazişin Azərbaycan-Hindistan Hökumətlərarası Komissiyasının aprelin 16-da Bakıda keçiriləcək ikinci iclası çərçivəsində imzalanması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan-Hindistan Hökumətlərarası Komissiyasına Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Hindistanın ticarət və sənaye naziri Cotiraditya Sindia başçılıq edir. Komissiyanın ilk iclası 2009-cu ildə Dehlidə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR