Bank Of Baku

Azərbaycan RİTN-də ABŞ Senatının aparat rəhbərləri ilə görüş keçirilib

Azərbaycan RİTN-də ABŞ Senatının aparat rəhbərləri ilə görüş keçirilib
# 06 aprel 2012 09:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində ABŞ Senatının aparat rəhbərləri ilə görüş keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov ölkədə İKT sahəsində həyata keçirilən islahatlar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib.

ABŞ-la Azərbaycan arasında bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirən nazir müavini qeyd edib ki, Azərbaycanla Amerika həm də strateji tərəfdaşdır. O, son illər bu tərəfdaşlıq əlaqələrinin Azərbaycanda İKT sektorunun inkişafı fonunda daha da genişləndiyini bildirib.

ABŞ-ın İT sahəsində fəaliyyət göstərən ən nüfuzlu şirkətlərinin Azərbaycanda ofislərinin olduğunu və yerli layihələrdə aktiv şəkildə iştirak etdiyini qeyd edən İ.Məmmədov nazir müavini Azərbaycan və bütünlükdə region üçün böyük əhəmiyyət kəsb edən qlobal layihələrdə Amerika təcrübəsinin mənimsənilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, İKT sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin qarşılıqlı əlaqələrin inkişafına dəyərli töhfələr verəcəyini vurğulayıb.

Öz növbəsində amerikalı senatorlar ölkədə qeydə alınan dinamik inkişafı, qısa müddət ərzində həyata keçirilən uğurlu islahatları təqdirəlayiq hal kimi dəyərləndirib. İKT sektorunda həyata keçirilən işlərlə də yaxından tanış olduqlarını bildirən senat üzvləri sektor üzrə uğurlu nəticələrin əldə olunduğunu xüsusi vurğulayıblar. Onlar təcrübə mübadiləsi üçün qarşılıqlı əlaqələrin hər iki ölkənin müvafiq sektoru üzrə əldə olunan nəticələrə müsbət təsir edəcəyini bildiriblər.

Görüş zamanı həmçinin «Azərkosmos» ASC-nin İdarə Heyətinin sədri Rəşad Nəbiyev ölkədə İKT sektorunda həyata keçirilən və görülməsi planlaşdırılan işlərlə bağlı geniş təqdimatla çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR