Rusiya və Azərbaycan Samur çayı üzərindəki körpünün təmiri və yeni körpünün inşası haqqında razılığa gəlib
06 aprel 2012 13:12 (UTC +04:00)
“APA-Economics”in portnews.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.
Tərəflər arasında danışıqlar Rusiyanın nəqliyyat naziri İqor Levitinin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində baş tutub. Nazir Azərbaycan prezidenti İlham Əliyevlə də görüşüb.
Danışıqlarda qeyd olunub ki, Samur çayı üzərindəki körpü Azərbaycan və Rusiya arasında avtomobil yükdaşımalarını təmin edən nəqliyyat sisteminin əsas həlqəsidir. Tərəflər körpü keçidinin qeyri-məqbul vəziyyətini və məhdud buraxılış qabiliyyətini, eləcə də bu ərazidə yükdaşımaların həcminin getdikcə artmasını nəzərə alaraq Yaraq-Qazmalar - Samur buraxılış məntəqələri rayonunda yeni körpünün inşasının zəruriliyi haqqında yekun fikrə gəliblər.
Mövcud körpünün təmiri və yeni körpünün inşası üçün ekspert qruplarının yaradılması haqqında razılıq əldə olunub. təmir zamanı zərurət yaranarsa, yük maşınlarının buraxılışı Yeni Filya (Rusiya) - Şirvanovka (Azərbaycan) buraxılış məntəqələri vasitəsilə həyata keçirilə bilər.

İnfrastruktur
Aliyə Əzimova: Azərbaycan iqlim imkanlarını yaşıl artıma çevirə bilər
12:30
17 may 2024
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
09:38
17 may 2024
Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun tam potensialı ilə fəaliyyət göstərəcəyini deyib
19:32
16 may 2024
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək
17:14
16 may 2024