Bakının Həsən Əliyev küçəsində magistral su xətti uzadılır
10 aprel 2012 12:42 (UTC +04:00)
Bakı - APA-Economics. “Azərsu” ASC Bakı şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.
ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Tədbirlər Planına uyğun olaraq paytaxtın Nəsimi rayonu akademik Həsən Əliyev küçəsi boyunca çəkilmiş mövcud magistral su xətti 500 mm diametrlik metal borularla 300 metr uzadılır.
Magistral xətdən ətrafdakı məhəllələrə və küçələrə su vermək üçün paylayıcı quyular tikilir və siyirtmələr quraşdırılır. Magistraldan ayrılan hər bir paylayıcı xəttin üzərində siyirtmələrin qoyulması gələcəkdə şəbəkənin idarəolunmasını asanlaşdırmaqla qəzaların qısa müddətdə aradan qaldırılmasına və su itkilərinin qarşısını almağa imkan verir. Tədbirlər Planına uyğun olaraq akademik Həsən Əliyev küçəsində tikinti-quraşdırma işlərinin bu həftənin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, mövcud magistral xəttin 300 metr uzadılması bu ərazidəki istehlakçıların içməli su təchizatının əsaslı şəkildə yaxşılaşmasına səbəb olacaq.

İnfrastruktur
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024
Böyük Qayıdışa dair Proqramın icrası ilə bağlı monitorinqlərin nəticələri müzakirə olunub
15:47
17 may 2024