Prezident İlham Əliyev Ağstafada Poylu-Xətai-Yenigün-Aşağı Göyçəli avtomobil yolunun açılışında iştirak edib
12 aprel 2012 13:57 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev Ağstafa rayonuna səfəri çərçivəsində Poylu, Xətai, Yenigün və Aşağı Göyçəli kəndlərini birləşdirən avtomobil yolunun açılışında iştirak edib.
Prezidentin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevə məlumat verilib ki, ümumi uzunluğu 7,5 km olan yolun qısa müddətdə müasir tələblər səviyyəsində qurulması üçün bütün qüvvələr səfərbər olunub. Yolun əhatə etdiyi kəndlərdə 6 mindən çox əhali yaşayır. Yolun istifadəyə verilməsi onlar üçün həm rahatlıq, həm də təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Burada tikinti işləri zamanı abadlıq tədbirlərinə də xüsusi diqqət yetirilmiş, yolboyu görkəmsiz tikililər təmir olunub, yaşıllıq zolaqları salınıb. Burada, həmçinin üç müasir avtobus dayanacağı yaradılıb və çoxsaylı yol nişanları quraşdırılıb.
Daha sonra prezident İlham Əliyev kəndlərin sakinləri ilə görüşüb.
Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

İnfrastruktur
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024
Böyük Qayıdışa dair Proqramın icrası ilə bağlı monitorinqlərin nəticələri müzakirə olunub
15:47
17 may 2024