Azərbaycanda şəhərsalma prosesində ictimaiyyət nümayəndələri də iştirak edəcək
13 aprel 2012 08:58 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, Azərbaycanda şəhərsalma prosesində ictimaiyyətin iştirakı da nəzərdə tutulur. “APA-Economics”in xəbərinə görə, bu barədə Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini, hazırda Məcəllə üzərində çalışan işçi qrupunun rəhbəri Səyyad Kərimov bildirib.
Onun sözlərinə görə, şəhərsalma və ərazi planlaşdırılması zamanı ictimaiyyətin məlumatlandırılması, bununla əlaqədar ictimai dinləmələrin keçirilməsi, təkliflərin qəbul edilməsi və s. məsələlər nəzərdə tutulub ki, bu da şəhərsalma və ərazi planlaşdırılması prosesinin şəffaf keçirilməsinə imkan verəcək.
S.Kərimov qeyd edib ki, ictimaiyyətin məlumatlandırılması prosesi ərazi planlaşdırılması ilə bağlı qərarın planlaşdırılmasından başlayır və sənədlərin qəbulu başa çatana qədər davam edir. İctimaiyyətin məlumatlandırılması işlərinə ictimai müzakirələrin keçirilməsi və görüləcək işlər haqqında geniş məlumatların verilməsi də aiddir.

İnfrastruktur
AzInTelecom-un “Hökumət buludu” layihəsi beynəlxalq müsabiqədə çempion olub
16:05
31 may 2024
Cəbrayılda içməli və tullantı su infrastrukturlarının yaradılmasına başlanılıb
14:45
31 may 2024
Deputat: Qeyri-stabil qlobal mühitdə Azərbaycanda makroiqtisadi sabitlik təmin edildi
12:28
31 may 2024
Azərbaycan İndoneziyadan 3000 avtobus almağı planlaşdırır
12:26
31 may 2024