Bank Of Baku

Azərbaycan Moskvada keçiriləcək beynəlxalq təhlükəsizlik texnologiyaları sərgisinə dəvət olunub

Azərbaycan Moskvada keçiriləcək beynəlxalq təhlükəsizlik texnologiyaları sərgisinə dəvət olunub
# 12 may 2012 11:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Mayın 22-25-də Moskvada (Rusiya) «Kompleks təhlükəsizlik-2012» beynəlxalq təhlükəsizlik texnologiyaları sərgisi keçiriləcək. Bu barədə APA sərginin təşkilat komitəsinə istinadən məlumat yayıb.

Rusiyanın Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin dəstəyi ilə keçirilən sərgiyə Azərbaycan da daxil olmaqla bir sıra MDB ölkələrinin Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri, axtarış-xilasetmə strukturları, hüquq-mühafizə orqanları ziyarətçi qismində dəvət olunub. Artıq bir sıra ölkələr sərgidə nazirlər və nazir müavinləri səviyyəsində iştirakını təsdiqləyib.

Sərgi yanğın təhlükəsizliyi, xilasetmə vasitələri, mühafizə texnikası, silah və xüsusi təyinatlı texniki vasitələr, sərhədlərin texniki mühafizəsi, sənaye təhlükəsizliyi, nəqliyyatın kompleks təhlükəsizliyi, nüvə və radioloji təhlükəsizlik, rabitə təhlükəsizliyi, ekoloji təhlükəsizlik və qəza tibbi tematik bölmələrindən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR