Bakıda keçiriləcək «Eurovision-2012» müsabiqəsi ilə bağlı nəqliyyat sektorunda hazırlıq işləri başa çatdırılıb
Nazirlikdən bildirilib ki, 2 «Neoplan», 17 BMW və 25 «Mercedes Sprinter» ehtiyatda nəzərdə tutulub və ümumiyyətlə 178 sürücü cəlb olunub: «Sürücülər təlimatlandırılıb və akkreditasiyadan keçib. Nəqliyyat vasitələri xüsusi texniki baxışdan keçirilib».
Nazirlikdə Mərkəzi Qərargah, Bakı Biznes Mərkəzində Qərargah və Məlumat Mərkəzi (Call Center) yaradılıb.
Final və qeyri-final günləri akkreditə olunmuş media nümayəndələrinin və azarkeşlərin, həmçinin final günləri tamaşaçıların daşınması üçün E indeksli 9 müntəzəm avtobus marşrutları təşkil edilib. E2, E3, E4 avtobus marşrutları media nümayəndələrinin və fanların qaldığı otelləri əhatə edir.
E marşrutları üçün 66 avtobus və sürücü heyəti ayrılıb, marşrutlar üzrə məsul şəxslər müəyyən olunub. Sürücülər müvafiq geyim formaları ilə təmin olunub, aidiyyəti qurumlar tərəfindən təlimatlandırılıb. Eyni zamanda, E marşrutları üzrə sutkalıq dispetçer məntəqələri fəaliyyət göstərir. Dayanacaq məntəqələri məlumat lövhələri və nişanlarla təmin olunub. Marşrutlar barədə müvafiq məlumatlar internet resurslarında yerləşdirilib.
Ümumiyyətlə, tədbirə cəlb edilən nəqliyyat vasitələrinin ümumi sayı 154 ədəd avtobus, 50 ədəd mikroavtobus, 60 ədəd BMW, 1700 ədəd taksi, o cümlədən 1000 ədəd London taksisi, 5 ədəd yük nəqliyyat vasitələri təşkil edir.
«Hazırda Bakı şəhəri üzrə avtobus marşrut şəbəkəsində 217 marşrut mövcuddur. İstismar edilən avtobusların sayı 2 800 ədəddir. Şəhər marşrutları tədbir günləri səhər saat 5-ə qədər fəaliyyət göstərəcək. Bakı Beynəlxalq Avtovağzal Kompleksi tədbir günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Taksi xidməti üçün 1700 (o cümlədən 1 000 ədəd London taksisi) nəqliyyat vasitəsi cəlb edilib və taksometrlər quraşdırılıb, 750 ədəd London taksisi POS-terminallarla təmin edilib, 250 ədəd taksi isə mayın 18-dək POS-terminalla təmin olunacaq. Eyni zamanda, 39 taksi dayanacağı təyin edilib, nişanlarla və işarələrlə təmin olunub. Hava limanı ərazisində 60 taksi xidmət göstərəcək. Operativ taksi xidmətinin təşkili üçün dispetçer mərkəzi yaradılıb. Sürücülər üçün dil kursları təşkil olunub, ingiliscə yaddaş kitabçaları hazırlanıb. Şəhərin 60 km küçə və prospektlərinin yol örtüyündə ehtiyac duyulan təmir işləri aparılıb, 40 min metr bordyur dəyişdirilib. Tədbir keçirilən ərazidə yeni yollar çəkilib. Köhnə nişanlar yenilənib, yeni məlumatverici lövhə və nişanlar quraşdırılıb», - deyə Nəqliyyat Nazirliyindən bildirilib.
Eyni zamanda, Bakı-Tbilisi turist qatarının tərkibi və hərəkət qrafiki təsdiq olunaraq Gürcüstan tərəfi ilə razılaşdırılıb və sözügedən marşrut üzrə qatarda bron yerləri təmin olunub: «Bakı, Sumqayıt və Gəncə vağzallarında ingilis, rus və Azərbaycan dillərində müvafiq məlumatlar yerləşdirilib, elanların bu dillərdə səslənməsi təmin olunur. Bilet satışı elektron və nağdsız ödəmələrlə (POS-terminallarla) təşkil olunub. Vaqonlarda xidmət səviyyəsinin artırılması üçün tədbirlər görülüb. Müvafiq işçilər təlimatlandırılıb, ingilis dili kurslarına cəlb edilib. Dəmir yolu obyektlərində təhlükəsizlik və yanğından mühafizə tədbirləri gücləndirilib».
İnfrastruktur
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xəbər Lenti
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib - FOTO
Vətəndaşlar artıq “mygov” üzərindən vəkil və bank etibarnaməsi verə biləcəklər
Diplomatiyanın səssiz dili: Azərbaycan Avropaya açılan yeni strateji qapıdır - Berlin təəssüratları
Lənkəranda avtomobil yol kənarında ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb - FOTO
Özbəkistan Baş prokuroru Kəlbəcər və Gəncədə olub
Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanılıb
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
SEPAH ABŞ-nin İordaniyadakı bazalarına hücum edib, ölən və yaralananların olduğu bildirilir
İRNA: Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
“AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib
Xarici dil üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli ilə bağlı metodik tövsiyyələr açıqlanıb
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
Rubio Lavrovla görüşəcəyini təsdiqləyib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıb
Rauf Arifoğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin nizamnaməsi təsdiqlənib
“Əkinçi”dən rəqəmsal mediaya: Azərbaycan mediasının 151 illik şərəfli inkişaf yolu - TƏHLİL
Ankarada təlim helikopterinin qəzaya uğraması nəticəsində polkovnik ölüb - YENİLƏNİB
Ukraynanın Yaltada yaşayış binasına dron zərbəsi nəticəsində 17 nəfər yaralanıb
Kiberpolis hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən şəxsi saxlayıb - VİDEO
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapılıb
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Serbiya nümayəndə heyəti Azərbaycanda səfərdə olub
“La Dépêche de Kanaky” nəşri: Bakı bəhanədir, əsas məsələ Fransanın bitməyən müstəmləkəçiliyidir
Lənkəranda Milli Mətbuat Günü qeyd olunub - FOTO
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi məzunlarının işə qəbul faizi 90%-ə yaxınlaşıb
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd edib - FOTO
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
"Arzum 9999" ləqəbli tiktoker ev dustaqlığına buraxılıb
Sabahın hava proqnozu açıqlanıb
Gecikdirilmiş 422,8 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub
Azercell Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib
“AzerGold”un KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti görüşünü keçirib
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Hikmət Hacıyev: Əminik ki, mediamız qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək
Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
Naxçıvandan tranzit keçməklə yük aparan maşında 53 kq narkotik tapılıb - FOTO - VİDEO
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi mənimsəmədə ittiham olunur
Azərbaycan jurnalistləri Qırğızıstanda "Ala Arça" Dövlət Təbiət Parkını ziyarət ediblər - FOTO
Rusiyanın Odessaya zərbələri nəticəsində bir nəfər ölüb, magistral qaz xəttində yanğın olub
Daha 100 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub - FOTO
Aİ-də Rusiyaya qarşı sanksiyaların qəbulunda fikir ayrılıqları Orbandan sonra da davam edir
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Moti Yeger: Kibertəhlükəsizlik təkcə texniki peşə deyil, müasir cəmiyyətin təməlini qorumaq missiyasıdır
Mehdiabadda üzərində xəsarətlər olan meyit tapılıb