Bank Of Baku

Bakıətrafı qəsəbələrin fasiləsiz su ilə təminatı üçün 10 su anbarının tikintisi planlaşdırılır

Bakıətrafı qəsəbələrin fasiləsiz su ilə təminatı üçün 10 su anbarının tikintisi planlaşdırılır
# 14 may 2012 14:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Yaşayış massivlərinə fasiləsiz su vermək, suyun optimal idarə olunması və elektrik enerjisinə qənaət edilməsi məqsədilə Bakıətrafı qəsəbələrdə ümumi həcmi 200 min kub metr olan 10 su anbarının tikintisi planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, artıq Balaxanı, Məhəmmədi, Zirə qəsəbələrində su anbarlarının tikintisinə başlanılıb. Proqramın tərkib hissəsi olaraq Ceyranbatanda Avropanın ən böyük ultrasüzgəcli sutəmizləyici qurğusunun (məhsuldarlığı saniyədə 5 kubmetr və ya sutkada 520 min kubmetr) tikintisi davam edir.

Sədr həmçinin bildirib ki, Abşeron yarımadasında yerləşən bütün qəsəbələr üzrə su təchizatı və kanalizasiya sistemləri şəbəkəsinin layihələndirilməsi işləri başa çatdırılıb, həmin qəsəbələrin bəzilərində tikinti işlərinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR