Bank Of Baku

Azərbaycan Riqada keçirilən «Qlobal naviqasiya peyk sistemlərinin tətbiqi» konfransında iştirak edir

Azərbaycan Riqada keçirilən «Qlobal naviqasiya peyk sistemlərinin tətbiqi» konfransında iştirak edir
# 15 may 2012 07:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Riqada (Latviya) «Qlobal naviqasiya peyk sistemlərinin tətbiqi» mövzusunda beynəlxalq konfrans keçirilir.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbir BMT-nin Kosmik Məsələlər üzrə İdarəsi və Latviya hökumətinin birgə təşkilatçılığı, Avropa Kosmik Agentliyinin və Qlobal Naviqasiya Peyk Sistemləri üzrə Beynəlxalq Komitənin (ABŞ) sponsorluğu ilə keçirilir.

Mayın 18-dək davam edəcək tədbirin əsas məqsədi qlobal naviqasiya peyk sistemlərinin istifadəsinin cari vəziyyəti, həmin sistemlərin tətbiqi perspektivlərinə dair müzakirələrin aparılması, eləcə də bu sistemlərdən istifadə ilə əlaqədar insan resurslarının inkişafı, aidiyyəti texnologiyaların nəzərdən keçirilməsi və qeyd olunan sahələrdə əməkdaşlığın təşviq edilməsidir.

Beynəlxalq tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri də iştirak edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR