Bank Of Baku

TRACECA-nın Azərbaycan seqmentində I rübdə yük və sərnişin daşınması artıb

TRACECA-nın Azərbaycan seqmentində I rübdə yük və sərnişin daşınması artıb
# 15 may 2012 08:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübündə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) ilə Azərbaycan ərazisində 13,9 mln. ton və ya 4,3% çox yük, 64,7 mln. nəfər və ya 7,8% çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yüklərin 44,5%-i avtomobil, 35,3%-i dəmir yolu, 20,2%-i dəniz nəqliyyatının payına düşüb, avtomobil nəqliyyatında 6,8%, dəmir yolu nəqliyyatında isə 4,2% artım qeydə alınıb.

«Dəhliz vasitəsilə daşınmış yüklərin 30,6%-ni və ya 4,3 mln. tonunu tranzit yüklər təşkil edib və əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə bu yüklərin həcmi 81,3 min ton və ya 1,9% artıb», - deyə Komitədən bildirilib.

Yük daşımaları fəaliyyətindən 107,6 mln. manat, sərnişin daşınmasından isə 20,2 mln. manat gəlir əldə olunub və əvvəlki ilin eyni dövrü ilə müqayisədə gəlirlər müvafiq olaraq 24,5% və 13% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR