Bank Of Baku

Azərbaycanda inşaat işlərinə kapital yatırımı 24% artıb

Azərbaycanda inşaat işlərinə kapital yatırımı 24% artıb
# 15 may 2012 13:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda inşaat işlərinin aparılması üçün maliyyələşmənin bütün mənbələrindən əsas kapitala 3,3 mlrd. manat, yaxud 2011-ci ilin analoji dövrünə nisbətən 24% çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə istifadə olunmuş vəsaitin 1,6 mlrd. manatı və ya 50,1%-i məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub: «Əsas kapitala yönəldilmiş vəsaitin 2,4 mlrd. manatı və ya 74,7%-ni daxili investisiyalar təşkil edib və ötən ilki səviyyədən 23,1% yüksək olub, xarici mənbələrdən istifadə olunmuş investisiyanın həcmi isə 26,6% artıb. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait ötən illə müqayisədə 21,6% artaraq 1,9 mlrd. manat təşkil edib».

Cari ildə tikintisinin davam etdirilməsi məqsədəuyğun hesab edilən obyektlərdə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən 5 884,4 mln. manat məbləğində vəsait ayrılması nəzərdə tutulub və ilin əvvəlindən ötən dörd ay ərzində həmin vəsaitin 1 266,0 mln. manatından istifadə edilib: «Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilib. Dörd ay ərzində ümumi sahəsi 435,9 min kv. metr yaşayış evləri, 15 çarpayılıq xəstəxana, 140 yerlik klub, Bakıda «Marriott Absheron» oteli, Gəncədə Alüminium Zavodu kompleksi, Sumqayıtda «Azgüntex» zavodu və texnologiyalar parkında Ağır Maşınqayırma və Dəqiq Emal Mərkəzi zavodları, Goranboy rayonunda Şahmat Məktəbi, Qusar rayonunda mərkəzi xəstəxana və Şahmat Mərkəzi, Masallı rayonunda soyuducu anbar və istixana kompleksləri, Qazax rayonunda Konserv Zavodu və Şahmat Mərkəzi, Tovuz rayonunda «Ayan Palace» oteli, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəba-Ojakəran və Kijəba-Qəcimardə avtomobil yolları, digər obyektlər istifadəyə verilib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR