Bank Of Baku

Qəbələnin kəndlərində yeni yolların və su xəttinin açılışı olub

Qəbələnin kəndlərində yeni yolların və su xəttinin açılışı olub
# 16 may 2012 00:02 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov-APA. Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL) çərçivəsində Qəbələ rayonunun Həmzəli kəndində içməli su sistemi yenidən qurulub, Mıxlıqovaq və Yemişanlı kəndlərində yollar bərpa edilib. APA-nın məlumatına görə mayın 15-də içməli su xətti və yollar istifadəyə verilib. Məlumat verilib ki, Həmzəli kəndində 3000-ə yaxın əhalinin təmiz içməli su ilə təmin edilməsi üçün 100 milli metrlik borularla dağlardan kəndə 550 metr uzunluğunda xətt çəkilib, su anbarı bərpa edilib, bulaqlar tikilib. Ümumilikdə 8750 nəfərin yaşadığı Mıxlıqovaq və Yemişanlı kəndlərində isə 16 min 350 metr uzunluğunda daxili küçələr bərpa edilib, yollara çınqıl və qırma daş döşənib, 10 yeni su keçidi quraşdırılıb, 11 mövcud keçid isə bərpa edilib.
Qeyd edək ki, Azərbaycan Hökuməti və Dünya Bankının təşəbbüsü ilə hazırlanan və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən AzKİL çərçivəsində ölkənin Muğan-Salyan, Düzən Şirvan, Naxçıvan, Şimal və Şimal-Qərb regionunda infrastruktur layihələri hazırlanaraq icra edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR