Bank Of Baku

Azərbaycanın 5 şəhərinin baş planının tərtibi ilə bağlı tender keçirilir

Azərbaycanın 5 şəhərinin baş planının tərtibi ilə bağlı tender keçirilir
# 16 may 2012 08:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına ölkənin 5 şəhərinin müfəssəl planlaşdırma və layihələri ilə birlikdə baş planlarının tərtibi işlərinə dair açıq tender elan edib.

Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tender Hacıqabul, Siyəzən, Yardımlı, Zərdab və Zaqatala şəhərlərini əhatə edir. Tender 5 lotdan (hər şəhər üzrə) ibarətdir. Tenderdə iştirak etmək istəyənlər hər lot üzrə 100 manat məbləğində iştirak haqqı ödəməlidir.

İddiaçılar sənədlərini iyunun 21-dək, tender təkliflərini isə iyulun 2-dək təqdim etməlidir. Texniki təkliflər ballarla qiymətləndiriləcək. Belə ki, iddiaçıların analoji sahədə iş təcrübəsi 5 bal, iş planı və metodologiya 40 bal, əsas işçilərin ixtisas dərəcəsi və təcrübəsi isə 55 balla qiymətləndiriləcək. Texniki qiymətləndirmənin minimal keçid balı 70 bal təşkil edir.

Qeyd edək ki, təkliflər zərflərinin açılma prosedurası iyulun 3-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR