Bank Of Baku

Türkmənistan MDB ölkələri üçün nəqliyyat-ticarət dəhlizləri yaradılmasını təklif edir

Türkmənistan MDB ölkələri üçün nəqliyyat-ticarət dəhlizləri yaradılmasını təklif edir
# 16 may 2012 08:44 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Türkmənistan MDB ölkələrinin iqtisadiyyatlarının inkişafı üçün nəqliyyat-ticarət dəhlizləri yaradılmasını təklif edir.

APA-Economics”in www.ca-news.org saytına istinadən xəbərinə görə, bunu mayın 15-də MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-formal sammitində çıxış edən Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov bildirib.

Bu il MDB-yə sədrlik edən Türkmənistanın dövlət başçısı deyib ki, Aşqabadda Mərkəzi Asiya və Xəzər regionunun nəqliyyat və tranzitinin inkişaf perspektivlərinə həsr olunmuş beynəlxalq forum keçirilir. Bununla əlaqədar o, MDB məkanında dünya bazarının nəhəng sahələrinə çıxan çoxvariantlı yeni nəqliyyat marşrutlarının formalaşdırılması ideyasının perspektivlərini nəzərdən keçirməyi təklif edib: “Türkmənistanın nəqliyyat infrastrukturu hazırda Şimal-Cənub və Şərq-Qərb layihələri üzrə reallaşdırılan və böyük potensiala malik bu marşrutların mühüm halqası ola bilər”.

Bundan başqa, Q.Berdımuhəmmədov Yaxın və Orta Şərqin, Cənubi və Cənub-Şərqi Asiyanın bazarlarına çıxış perspektivləri ideyasının da nəzərdən keçirilməsini təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR