Bank Of Baku

“Türk Hava Yolları” aviaşirkəti “Polşa Hava Yolları”nı almağa hazırlaşır

“Türk Hava Yolları” aviaşirkəti “Polşa Hava Yolları”nı almağa hazırlaşır
# 16 may 2012 13:01 (UTC +04:00)
Bakı - APA-Economics. “Türk Hava Yolları” (THY) aviaşirkəti “Polşa Hava Yolları” (LOT) aviaşirkətini almağa hazırlaşır.

APA-Economics”in “Anadolu” agentliyinə istinadən xəbərinə görə, bu barədə Polşada səfərdə olan Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan bildirib.

Onun sözlərinə görə, hazırda iki aviaşirkət arasında danışıqlar davam edir: “Söhbət LOT-un səhmlərinin 50%-ni THY-nin almasından gedir. Ümid edirəm ki, danışıqlar tezliklə başa çatacaq”.

Polşa baş nazirinin müavini, iqtisadiyyat naziri Valdemar Pavlak ilə görüşən Zəfər Çağlayan iki ölkə arasında əlaqələrin 600 il əvvəl olduğu kimi, bu gün də yüksək səviyyədə olduğunu vurğulayıb. O qeyd edib ki, 2001-ci ildə Türkiyə və Polşa arasında ticarət dövriyyəsinin həcmi 409 mln. dollar olduğu halda, 2011-ci ildə bu göstərici 13 dəfə artaraq 5,3 mlrd. dollara çatıb: “Bu göstəricini 15,3 və ya 25,3 mlrd. dollara yüksəltmək üçün də potensialımız var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR