Bank Of Baku

İstanbulda güclü küləklə əlaqədar «Türk Hava Yolları»nın İstanbul-Bakı aviareysi təxirə salınıb

İstanbulda güclü küləklə əlaqədar «Türk Hava Yolları»nın İstanbul-Bakı aviareysi təxirə salınıb
# 17 may 2012 07:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İstanbulda güclü küləyin olması ilə əlaqədar «Türk Hava Yolları» aviaşirkətinin 336 saylı İstanbul-Bakı aviareysi təxirə salınıb.

Heydər Əliyev Beynəlxalq Aeroportundan «APA-Economics»ə verilən məlumata görə, sözügedən aviareysin yerinə yetirilməməsi ilə əlaqədar saat 04:55-də Bakıdan İstanbula yola salınması planlaşdırılan 339 saylı aviareys də təxirə salınıb.

«Türk Hava Yolları» şirkətinin rəsmi veb-saytında İstanbulda hava şəraiti ilə əlaqədar mayın 16-sı və 17-də bir sıra aviareysin təxirə salındığı bildirilsə də, Bakı hava limanından qeyd ediblər ki, ötən gün bu aviaşirkətə məxsus İstanbul-Bakı-İstanbul aviareysləri yerinə yetirilib: «Bu şirkətin yalnız 336 saylı İstanbul-Bakı aviareysi təxirə salınıb ki, bu marşrut üzrə təyyarə Bakıda 01:15-də enməli idi. Müvafiq olaraq 339 saylı Bakı-İstanbul aviareysi də təxirə salınıb. Bu gün «Türk Hava Yolları»nın saat 08:00-da Bakı-İstanbul aviareysi yerinə yetirilib. Eyni zamanda, bu gün saat 14:45-də daha bir Bakı-İstanbul aviareysi yerinə yetirilməlidir və çox güman ki, təxirə salınmış 339 saylı aviareys bu reyslə birləşdiriləcək».

Aeroportdan həmçinin bildirilib ki, «Azərbaycan Hava Yolları» şirkətinin (AZAL) Bakı-İstanbul marşrutu ilə bütün aviareysləri normal yerinə yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR