Bank Of Baku

Azərbaycan MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclasında iştirak edir

Azərbaycan MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclasında iştirak edir
# 17 may 2012 07:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Moskvada MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 56-cı iclası işə başlayıb.

«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, iki gün davam edəcək tədbirdə Azərbaycanı QSC-nin sədri Arif Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

İclasda Moskvada MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 20 illik fəaliyyəti, 2011-ci ilin və 2012-ci ilin I rübü ərzində dəmir yolu xətlərinin istismar işlərinin yekunları, qatarların hərəkət cədvəlinin, yük qatarlarının və beynəlxalq istiqamətdə konteynerli vaqonların tərtibat planının işlənib hazırlanmasının yekunları, 2011-ci ildə konteynerlərin və 2012-ci il üçün yük vaqonlarının əvvəlcədən siyahıya alınmasının yekunları, 2011-ci ildə və 2012-ci ilin I rübündə dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar, 2011-ci ildə dəmir yolu administrasiyalarının İnformasiya-Hesablama Mərkəzinin fəaliyyətinin təmin olunması məqsədilə xərclər smetasının yerinə yetirilməsinin nəticələri, dəmir yolu Şurasının fəxri fərmanla mükafatlandırılması, Şuranın 57-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi müzakirə olunacaq.

Qeyd edək ki, «Azərbaycan Dəmir Yolları» QSC 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının, 1993-cü ildən Dəmir Yolları Əməkdaşlığı Təşkilatının, 1995-ci ildən isə Beynəlxalq Dəmir Yolları İttifaqının üzvü kimi bu qurumların toplantılarında təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR