Bank Of Baku

«Air Astana» aviaşirkəti Astana-Bakı marşrutu ilə uçuşlara başlayır

«Air Astana» aviaşirkəti Astana-Bakı marşrutu ilə uçuşlara başlayır
# 17 may 2012 10:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Qazaxıstanın «Air Astana» aviaşirkəti mayın 21-dən etibarən Astana-Bakı-Astana marşrutu ilə birbaşa aviareys açır. Şirkətin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, reyslər «Embraer 190» təyyarəsi ilə həftənin I və IV günləri həyata keçiriləcək.

«Aviaşirkətimiz Mərkəzi Asiya və MDB-də uçuşların coğrafiyasının genişləndirilməsini davam etdirir. Ümid edirik ki, yeni reys iki qardaş ölkə arasında siyasi, iqtisadi və mədəniyyət sahəsində əməkdaşlığın güclənməsinə dəstək olacaq, ticarət dövriyyəsini artıracaq, həmçinin Azərbaycan və Qazaxıstan vətəndaşlarına dost və qohumlarına baş çəkməyə imkan verəcək. Azərbaycandan sərnişinlərə «Air Astana» aviaşirkətinin daxili və beynəlxalq istiqamətlər üzrə digər reysləri təqdim olunacaq», - deyə şirkətin Azərbaycandakı regional meneceri Yerbolat Baysalıkov bildirib.

Mərkəzi Asiya və MDB ərazisində reyslərin həyata keçirilməsi üçün aviaşirkət yeni nəsil 4 ədəd «Embraer 190» təyyarəsini əməliyyat lizinqinə götürüb və bu növ iki təyyarənin alınması üçün müqavilə bağlayıb. Bu təyyarələrin birincisi artıq iyul ayında şirkətə çatdırılacaq.

«Air Astana» öz təyyarə donanmasını uçuşları sərnişinlər üçün maksimal şəkildə komfortlu edəcək avialaynerlərlə təzələmək strategiyasına sadiqdir. «Embraer 190» təyyarəsinin uçuş məsafəsi, effektivliyi və ölçüləri uçuşların böyük tezliklərə malik olan marşrutları üzrə aviadaşımaların inkişafı üçün və Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Gürcüstan və Rusiyanın cənubu kimi yaxın regionlara marşrutların həyata keçirilməsi üçün idealdır», - deyə «Air Astana»nın prezidenti Piter Foster bəyan edib.

Bakıdan Astanaya ekonom-sinfinə bir istiqamətdə aviabiletin qiyməti 200 manatdan, biznes-sinfi üçün isə 450 manatdan başlayır. Biletin qiymətinə aeroport yığımları və digər vergilər də daxildir. Hər iki istiqamətdə isə biletlərin qiyməti müvafiq olaraq 376 manatdan və 886 manatdan başlayır. Bakıdan Astanaya uçuş vaxtı 2 saat 55 dəqiqə təşkil edir.

Biletləri www.airastana.com saytı vasitəsi ilə, +7(727)244 44 77 telefon nömrəli bronlaşma və məlumat mərkəzinə zəng vurmaqla, habelə şirkətin Qazaxıstandakı bilet satışı ofisləri və ya Bakıdakı nümayəndəliyində (+994 12) 497 49 96) bron etmək və almaq mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR