Bank Of Baku

Azərbaycanda ölçmələrin vəhdətinin təmin edilməsi haqqında yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda ölçmələrin vəhdətinin təmin edilməsi haqqında yeni qanun layihəsi hazırlanıb
# 18 may 2012 08:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən Azərbaycanda ölçmələrin vəhdətinin təmin edilməsi haqqında yeni qanun layihəsi hazırlanıb.

“APA_Economics”in xəbərinə görə, bunu komitənin Dövlət Metrologiya Xidmətinin rəisi Oqtay Abbasov bildirib.

Onun sözlərinə görə, yeni qanun layihəsi bütün razılaşma prosedurlarından keçirilib və yaxın vaxtlarda Milli Məclisin növbəti oxunuşuna təqdim olunacaq.

O. Abbasov qeyd edib ki, layihənin hazırlanmasında əsas məqsəd metrologiya sahəsini bütün beynəlxalq təşkilatların tələblərinə uyğunlaşdırmaq olub: “Əvvəllər belə bir qanunvericilik mövcud idi. Lakin həmin qanunvericilikdə müəyyən boşluqlar olduğuna, yəni sənəd beynəlxalq tələblərə uyğun olmadığına görə belə bir qanun layihəsinin hazırlanmasına zərurət yaranıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR