Bank Of Baku

Moldovada GUAM-ın ticarət və nəqliyyatın inkişafı layihəsi ilə bağlı iclas keçirilib

Moldovada GUAM-ın ticarət və nəqliyyatın inkişafı layihəsi ilə bağlı iclas keçirilib
# 18 may 2012 08:54 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Kişinyov (Moldova) şəhərində GUAM-ın ticarət və nəqliyyatın inkişafı layihəsinin reallaşdırılması üzrə Rəhbər Komitənin 16-cı iclası keçirilib.

APA-Economics”in GUAM-ın saytına istinadən xəbərinə görə, iclasda Rəhbər Komitənin üzvləri, eləcə də GUAM Katibliyinin proqram koordinatoru iştirak ediblər.

Toplantı iştirakçıları Rəhbər Komitənin 15-ci iclasının yerinə yetirilmə vəziyyəti haqqında məlumatı dinlədikdən sonra GUAM-ın ticarət və nəqliyyatın inkişafı layihəsinin reallaşdırılması haqqında məsələləri müzakirə ediblər. Bundan başqa, Moldova və Ukraynanın dövlət sərhədlərini keçən məhsullar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsi sisteminin təqdimatı, Avropa Birliyinin Moldova və Ukraynaya sərhəd yardımı Missiyasının (EUBAM) fəaliyyəti də müzakirə olunub.

Tədbir çərçivəsində Rəhbər Komitənin növbəti iclasının 2013-cü ilin I yarısında Ukraynada keçirilməsi haqqında razılığa gəlinib. İclasın dəqiq vaxtı diplomatik kanallarla dəqiqləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR