Bank Of Baku

«Bakcell» şirkəti «NETTY-2012» Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub

«Bakcell» şirkəti «NETTY-2012» Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub
# 18 may 2012 09:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkəti «NETTY-2012» Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Bakcell»in sponsorluğu və «Sür@» brendinin baş partnyorluğu ilə baş tutacaq «NETTY» ümumdünya şəbəkəsinin milli seqmentinin və ümumilikdə ölkənin informasiya texnologiyaları bazarının inkişafı məqsədilə yaradılmış birinci peşəkar milli mükafatdır.
«Bakcell» qısa müddət ərzində populyarlaşan və ənənəyə çevrilən səsvermə və mükafatlandırma mərasiminə yenilik gətirəcək. Belə ki, namizədlərin qiymətləndirilməsi prosesi həmçinin SMS səsvermə vasitəsilə həyata keçirəcək.
«NETTY-2012»də iştirak etmək istəyən namizədlər ərizələrini mayın 31-dək qeydiyyatdan keçirməlidir. Nominantların müəyyən olunması üçün Ekspert Şurasının və virtual münsiflər heyətinin paralel səsverməsi iyunun 1-9-da həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR