Bank Of Baku

Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri son bir ildə 8% artıb

Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri son bir ildə 8% artıb
# 18 may 2012 12:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda informasiya və rabitə sektorunda təsərrüfat subyektlərinə və əhaliyə 423,6 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 13,2% çox xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,5% təşkil edib.

«Xidmətlərdən əldə olunmuş gəlirlərin 59,5%-i mobil telefon rabitəsindən yaranıb və 2011-ci ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 8,2% artaraq 252,1 mln. manat təşkil edib», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR