Bank Of Baku

«Facebook» səhmlərinin ilkin açıq yerləşdirilməsini keçirib

«Facebook» səhmlərinin ilkin açıq yerləşdirilməsini keçirib
# 18 may 2012 13:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Facebook» sosial şəbəkəsi səhmlərinin ilkin açıq yerləşdirilməsini (IPO) keçirib.

«APA-Economics»in «Associated Press» agentliyinə istinadən verdiyi məlumata görə, «Facebook»un səhmlərinin maksimal mümkün qiyməti IPO çərçivəsində bir qiymətli kağız üçün əvvəllər müəyyən edilmiş 34-38 ABŞ dolları qiymət diapazonunun yuxarı qiymət həddinə görə 38 dollar təşkil edib.

“Facebook” 421,2 mln. səhm satıb ki, bu da ümumi kapitallaşmanı 104,8 mlrd. dollar məbləğində qiymətləndirməyə imkan verib. IPO zamanı şirkət 16 mlrd. dollar mədaxil əldə edəcək. Əlavə 2,4 mlrd. dollar sosial şəbəkənin qiymətli kağızlarına tələbatın artacağı halda, satışa çıxarılması planlaşdırılan ehtiyat səhmlərin satışından qazanılacaq.

Qeyd edək ki, «Facebook»un səhmləri cümə günü ABŞ-ın NASDAQ birjasında FB tikeri altında hərraca çıxarılacaq və internet şirkətləri arasında ən irisi olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR