Bank Of Baku

Azərbaycanda tikinti işlərinin həcmi artıb

Azərbaycanda tikinti işlərinin həcmi artıb
# 19 may 2012 08:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi müqayisə edilən dövrün səviyyəsini 42,9% üstələyib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə görülmüş ümumi tikinti işlərinin 73,6 faizini yeni tikinti, yenidənqurma və genişləndirmə, 12,6 faizini əsaslı təmir, 2,3 faizini cari təmir, 11,5 faizini isə sair tikinti işləri təşkil edib: “Dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirilmiş ümumi inşaat işlərinin 27,7 faizini, qeyri-dövlət tikinti müəssisələri isə 72,3 faizini həyata keçirib”.

Eyni zamanda, cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanda ümumi sahəsi 435,9 min kvadrat metr olan yaşayış evləri istifadəyə verilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisə 3,8% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR