AZAL Bakı-Krım aviareysi üzrə uçuşlar yerinə yetirəcək
19 may 2012 09:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yay mövsümi ilə əlaqədar «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Krım (Ukrayna) marşrutu üzrə birbaşa sərnişin aviareysi açacaq. Bu barədə «APA-Economics»ə AZAL-dan bildirilib.
Aviaşirkətdən verilən məlumata görə, Bakıdan Krıma uçuşlara iyulun 2-dən etibərən başlanacaq və uçuşlar hər həftənin I və IV günləri saat 09:40-da yerinə yetiriləcək. Uçuşlar ATR tipli təyyarələrlə yerinə yetiriləcək. Hazırda hər iki istiqamətə biletin minimal qiyməti 433 manat təşkil edir.
AZAL-dan həmçinin bildirilib ki, Bakı-Krım-Bakı aviareysi mövsümi xarakter daşıyır və bu reys üzrə uçuşlar sentyabrın 13-dək həyata keçiriləcək.
Qeyd edək ki, iyunun 17-dən etibarən AZAL Bakı-Lvov, iyulun 2-dən etibarən isə Bakı-Simferopol aviareyslərini açacaq. Bakıdan Lvova uçuşlar hər həftənin bazar günləri saat 08:30-da, Simferopola isə uçuşlar hər həftənin I və IV günləri saat 09:35-də yerinə yetiriləcək. Bakı-Lvov-Bakı aviareysinə bir biletin minimal qiyməti 420 manat, Bakı-Simferopol-Bakı aviareysinə isə 448 manat təşkil edir.
Xatırladaq ki, hazırda AZAL Bakıdan Ukraynanın paytaxtı Kiyev şəhərinə də birbaşa uçuşlar yerinə yetirir. Eyni zamanda Kiyev və Donetsk şəhərlərinə birbaşa aviareysləri Ukraynanın «Aerosvit» şirkəti də həyata keçirir.

İnfrastruktur
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
13:48
18 may 2024
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024