Bank Of Baku

«Azərsu»nun abunəçilərinin sayı artıb

«Azərsu»nun abunəçilərinin sayı artıb
# 24 may 2012 12:26 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Cari ilin birinci rübündə “Azərsu” ASC-nin xidmət göstərdiyi abunəçilərin sayı 7716 abunəçi və ya 0,7 % artıb.

ASC-dən «APA-Economics»ə verilən məlumatda deyilir ki, aprelin 1-ə olan məlumata görə, ölkə üzrə 1 093 680 abunəçi su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. İstehlakçıların 97%-ni əhali, 3%-ni isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir.

Bu ilin yanvar-mart aylarında abonent sayında artım əsasən nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-qanuni qoşulmaların rəsmiləşdirilməsi, həmçinin yeni abunəçilərin qeydiyyata alınması hesabına baş verib.

“Azərsu” ASC istehlakçıların su sayğacları ilə təmin olunmasına da xüsusi diqqət yetirir. 2012-ci ilin birinci rübündə 11 548 abunəçi sayğacla təmin olunub. Bununla da ölkə üzrə sayğaclı abunəçilərin sayı 523 919-a çatıb. Hazırda abunəçilərin 48,5%-i sayğacla təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR