Bank Of Baku

Azərbaycan elektron və elektrik məhsul istehsalını 2 dəfə artırıb

Azərbaycan elektron və elektrik məhsul istehsalını 2 dəfə artırıb
# 24 may 2012 13:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqların istehsalı sahəsində məhsul istehsalının həcmi 89,2 mln. manat və ya 2,2 dəfə çox olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə kompüter və digər elektron avadanlıqların istehsalı 24,3 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 3,9 dəfə artıb: «Cari ilin yanvar-aprel ayları ərzində 57 ədəd güc transformatoru, 1,3 min ədəd məişət soyuducuları istehsal edilib, televizorların istehsalı 60,8% artıb».

Qeyd edək ki, 2012-ci il mayın 1-nə müəssisələrin anbarlarında 33,1 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 11,6%-i qədər hazır məhsul ehtiyatı qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR