Bank Of Baku

“Azəryolservis”: Zabrat-Maştağa yolunun su xətti çəkilən hissəsi yaxın zamanlarda bərpa ediləcək

“Azəryolservis”: Zabrat-Maştağa yolunun su xətti çəkilən hissəsi yaxın zamanlarda bərpa ediləcək
# 24 may 2012 16:24 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA-Economics. Zabrat-Maştağa yolunun su xətti çəkilən hissəsi yaxın zamanlarda bərpa ediləcək. Bu barədə “APA-Economics”ə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, “Azərsu” ASC su xəttini çəkdikdən dərhal sonra yola asfalt örtüyü çəkiləcək.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə Zabrat-Maştağa istiqamətində çəkilən su xəttinin artıq yekunlaşmaq üzrə olduğunu bildirib: “Su xəttinin çəkilməsi artıq başa çatır. Hazırda həmin ərazidə əksər yerlərə su verilir. May ayının sonuna kimi su xətti tam təhvil veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR