Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının Londonda keçirilən sessiyasında iştirak edib - FOTO
25 may 2012 08:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının (IMO) Dəniz Təhlükəsizliyi Komitəsinin Londonda keçirilən 90-cı Sessiyasında iştirak edib. Bu barədə APA-ya ARDDA-nın mətbuat xidmətindən məlumat verilib.
Müxtəlif beynəlxalq təşkilatların və 168 üzv dövlətin iştirak etdiyi sessiyada dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsi ilə bağlı standartların müəyyən edilməsi, Uzaq Məsafədən Tanınma və İzləmə sistemi (UMTİ/LRİT) ilə əlaqədar məsələlər, “Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”nın tətbiqi və s. kimi dəniz nəqliyyatı sahəsi üzrə digər məsələlər müzakirə olunub.
Dəniz Təhlükəsizliyi Komitəsinin iclasında eyni zamanda son dövrlərdə beynəlxalq ictimaiyyəti narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər, bu istiqamətdə beynəlxalq təşkilatlar tərəfindən hərbi qüvvələrin səfərbər edilməsi ilə bağlı görülmüş işlər, hazırda dəniz quldurları tərəfindən əsirlikdə saxlanılan dənizçilərin vəziyyəti barədə məruzə dinlənilib.
Dəniz Təhlükəsizliyi Komitəsinin iclasında Azərbaycanda dənizçilərə verilən diplom və sertifikatların “Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”ya uyğunluğu ilə əlaqədar ARDDA tərəfindən hazırlanmış hesabat Böyük Britaniya, ABŞ, Kanada və İsrail tərəfindən təqdim olunmuş eyniməzmunlu hesabatlarla birgə Komitənin Sessiyasının müzakirəsinə təqdim edilib. Üzv dövlətlər hesabatın yüksək səviyyədə tərtib olunduğu vurğulayıblar.

İnfrastruktur
Azad olunmuş ərazilərin yenidən qurulması, bərpasına ayrılan vəsait 27% artırılacaq
22:43
24 may 2024
Azad olunmuş ərazilərə iyun ayı üçün avtobus biletləri satışa çıxarılır
17:13
24 may 2024
Ev almaq istəyənlərinə nəzərinə - cəmi 15.655 manat ilkin ödənişlə 3 otaq studiya mənzillər
15:02
24 may 2024
AZAL: Gələn aydan əcnəbilər Gürcüstana yalnız səyahət sığortası ilə giriş edə biləcək
13:13
24 may 2024