Bank Of Baku

«Nar Mobile» şirkəti «Eurovision-Nar» yeni danışıq paketini istifadəyə verib

«Nar Mobile» şirkəti «Eurovision-Nar» yeni danışıq paketini istifadəyə verib
# 25 may 2012 15:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Nar Mobile» şirkəti Bakı şəhərinin sakinləri və paytaxta gələn qonaqlar üçün xüsusi «Eurovision-Nar» danışıq paketlərini hazırlayıb.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, danışıq paketində Azərbaycana gələn turistə lazım olacaq bütün rabitə xidmətləri, o cümlədən şəbəkədaxili zənglər, SMS, MMS, DATA və beynəlxalq zənglər daxildir. Paketə qoşulma haqqı 10 manat təşkil edir.
Bundan başqa, «Nar Mobile» şirkəti «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğuna, eyni zamanda Bakının təbliğat və tanıdılmasında yaxından iştirak edərək bir sıra layihələrə dəstək göstərir. Əməkdaşlığın əsas məqsədi turistlərə, xarici ölkə nümayəndəliklərinə Azərbaycanın tanıdılması, ölkə tarixinin öyrədilməsi, rəngarəng mədəniyyət və incəsənət dəyərləri çatdırmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR