Bank Of Baku

Azərbaycan paytaxtında yeni tikililər bahalaşır

Azərbaycan paytaxtında yeni tikililər bahalaşır
# 29 may 2012 08:05 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin aprel ayında apardığı monitorinqlər göstərib ki, paytaxtın ilkin mənzil bazarında mart ayından başlayan qiymət artımı aprel ayında da davam edib. Artım həm qiymət, həmd də bağlanan əqdlərin dinamikasında müşahidə edilib.

Birliyin məlumatına görə, mövsümi amillərlə yanaşı, qiymət artımına ipoteka kreditləşməsi, tikinti şirkətlərinin kredit portfelinin həcmini artırmaları, paytaxtın bəzi ərazilərində gedən tikinti-quruculuq işləri ilə əlaqədar nağd vəsait əldə edən əhalinin alıcılıq qabiliyyətinin artması da təsir göstərib. Nəticədə, alqı-satqı agentliklərinə müraciətlərin sayında artım müşahidə edilib. Əgər ilin əvvəlində hər alqı-satqı ofisinə gün ərzində 2-3 müraciət olurdusa, aprel ayında bu say 6-7-yə qədər artıb. Apreldə yeni tikililərdə hər 1 kv. metr üzrə orta qiymət 821,6 manat və ya əvvəlki ayla müqayisədə (820,8 manat) 0,1% artıq olub. Qiymətlər ötən ilin eyni dövrünə nisbətən 2,1% aşağıdır.

Yeni tikililərdəki qeyri-yaşayış sahələrinin (kommersiya obyektlərinin) satış müddəti yüksək olaraq qalsa da, satış qiymətlərində nisbi artım müşahidə edilib. Bəzi binalarda yalnız son mərtəbələrdəki mənzillər satılmamış qalıb. Ən çox yeni tikililər ötən aylarda olduğu kimi Yasamal rayonu (Yeni Yasamal qəsəbəsi) ərazisindədir. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdə mövqelərini qoruyub. Qeyd edilən üç rayon üzrə tikintisi aparılan binaların ümumi tikinti portfelindəki payı bazarın 2/3-ni təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR