Bank Of Baku

Azərbaycan paytaxtında qeyri-qanuni tullantı ərazilərinin sayı azaldılır

Azərbaycan paytaxtında qeyri-qanuni tullantı ərazilərinin sayı azaldılır
# 29 may 2012 08:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Təmiz Şəhər» ASC-nin təşəbbüsü ilə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti ilə birgə yaradılmış işçi qrup Bakıda ətraf mühitin mühafizəsini və sanitar təmizliyi təmin etmək məqsədilə paytaxt ərazisində mövcud olan qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi üzrə fəaliyyətini davam etdirir.
«Təmiz Şəhər» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, may ayı ərzində işçi qrup tərəfindən paytaxtda mövcud olan qeyri-qanuni tullantı sahələrində mütəmadi olaraq reydlər keçirilib.
Ətraf mühiti çirkləndirən şəxslərə və təşkilatlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq protokollar tərtib edilib və icrası məcburi göstərişlər verilib: «Bakı şəhərinin ən böyük qeyri-qanuni tullantıxanalarından olan Qaradağ rayonunun Lökbatan qəsəbəsində tullantı sahəsinin fəaliyyəti dayandırılıb, əraziyə atılan bərk məişət tullantılarının Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonuna daşınması təmin edilib».
Ümumiyyətlə, bu günədək işçi qrupun Bakı şəhəri ərazisində keçirdiyi reydlər nəticəsində sahəsi 200 kv. metrdən çox olan 137 qeyri-qanuni tullantı sahələrinin 36-sı artıq təmizlənib, 200 min kubmetrdən artıq məişət tullantısı Balaxanı poliqonuna daşınıb və «Təmiz Şəhər» ASC-yə təhvil verilib. Reydlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Qeyd edək ki, «Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında» dövlət başçısının Sərəncamına əsasən əmələgəlmə mənbəyindən asılı olmayaraq paytaxt ərazisində yaranan bütün bərk məişət tullantıları «Təmiz Şəhər» ASC-yə təhvil verilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR