Bank Of Baku

Azərbaycan avtomobil idxalını kəskin artırıb

Azərbaycan avtomobil idxalını kəskin artırıb
# 29 may 2012 10:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 289 ədəd avtobus, 16 418 ədəd minik avtomobili və 1 799 ədəd yük avtomobili gətirilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkəyə idxal olunan avtobusların dəyəri 16,462 mln. ABŞ dolları, minik avtomobillərinin dəyəri 146,550 mln. dollar, yük avtomobillərinin dəyəri isə 38,430 mln. dollar təşkil edib.

Ötən ilin analoji dövrünə nisbətən Azərbaycana gətirilən avtobusların sayı 61,5%, minik avtomobillərinin sayı 43,4%, yük avtomobillərinin sayı isə 92,6% artıb.

Sözügedən nəqliyyat vasitələrinin dəyərinə gəldikdə isə, yanvar-mart aylarında Azərbaycana idxal olunan avtobusların dəyəri ötən ilin I rübünə nisbətən 86%, minik avtomobillərinin dəyəri 40,3%, yük avtomobillərinin dəyəri isə 2,3 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR