Bank Of Baku

Gələn ay Bakıda yeni taksofonların quraşdırılmasının birinci mərhələsi başa çatacaq

Gələn ay Bakıda yeni taksofonların quraşdırılmasının birinci mərhələsi başa çatacaq
# 29 may 2012 12:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. İyun ayı ərzində Azərbaycan paytaxtında yeni taksofonların quraşdırılmasının birinci mərhələsi başa çatdırılacaq.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, nazirliyin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən artıq 60 yeni taksofon aparatı quraşdırılıb ki, onların vasitəsilə internetə qoşulmaq mümkündür.

Eyni zamanda taksofonlardan «bluetooth» vasitəsilə mobil telefona foto və musiqi yükləmək də mümkündür. Taksofonlarda həmçinin «online» oyun və informasiya bölmələri də mövcuddur. Bundan başqa, taksofonların üzərində istifadə qaydaları, ölkələrin və rayonların kodları, köməkçi məlumatlar və s. mövcuddur ki, bu da istifadəçilərin rahatlığının təmin edilməsinə hesablanıb.

Taksofonlarda internet xidmətlərinin 1 dəqiqəsinin qiyməti 2 qəpik, «bluetooth»dan birdəfəlik istifadənin qiyməti isə 20 qəpik təşkil edir.

Taksofonlar vasitəsilə şəhərdaxili zənglərin 1 dəqiqəsi 3 qəpik, ölkədaxili danışıqların 1 dəqiqəsi 7 qəpik, mobil telefon nömrələrlə 1 dəqiqə danışmaq 18 qəpik təşkil edir. Türkiyə, İran və Pakistan kimi ölkələrə zəngin 1 dəqiqəsi 45 qəpik, MDB və Baltikyanı ölkələrə 36 qəpik, Avropa, Amerika və digər dövlətlərə isə 54 qəpik təşkil edir. Taksofonlar həm kartla, həm də qəpiklə işləyir.

Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi eyni zamanda Bakı şəhərində mövcud olan bütün köhnə taksofonları da yeniləyir. Artıq ölkə paytaxtında mövcud olan 1 200-ə yaxın taksofonun bir qismi dəyişdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR