Bank Of Baku

“Panasonic” şirkətinin baş ofisindəki işçilərin yarısı ixtisar olunacaq

“Panasonic” şirkətinin baş ofisindəki işçilərin yarısı ixtisar olunacaq
# 29 may 2012 13:12 (UTC +04:00)
Bakı - APA-Economics. Yaponiyanın “Panasonic” şirkəti rekord illik zərərdən sonra işçi ştatlarının sayını iki dəfə azaltmaq qərarına gəlib.

APA-Economics”in “The Wall Street Journal”a istinadən xəbərinə görə, ixtisarlar şirkətin Osaka şəhərində yerləşən baş ofisində aparılacaq.

Hazırda baş ofisdə 7 min nəfər çalışır. İxtisarlar daha çox təqaüd yaşı ərəfəsində lan şəxslərə şamil olunacaq.

Qeyd edək ki, son illər Yaponiyanın iri elektronika istehsalçıları ABŞ-ın “Apple” və Cənubi Koreyanın “Samsung” şirkətləri ilə rəqabətdə ciddi problemlər yaşayır. May ayında “Panasonic” rekord səviyyədə - 9,7 mlrd. dollar həcmində illik zərər qeydə alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR