Bank Of Baku

Kirill Qaburiç: «Azercell» şirkəti «Daşınan nömrələr» xidmətini göstərməyə tam hazırdır»

Kirill Qaburiç: «Azercell» şirkəti «Daşınan nömrələr» xidmətini göstərməyə tam hazırdır»
# 06 noyabr 2012 11:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Azercell Telekom» şirkəti Azərbaycanda icra olunan «Daşınan nömrələr» layihəsi (Mobile Number Portability) çərçivəsində xidmət göstərməyə başlamağa tam hazırdır. «APA-Economics»in məlumatına görə, bunu şirkətin prezidenti Kirill Qaburiç bildirib.

Onun sözlərinə görə, bu layihənin icrası təkcə «Azercell»dən asılı olan məsələ deyil. Belə ki, layihədə ölkədə fəaliyyət göstərən bütün üç mobil rabitə operatoru və Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi iştirak edir: «Biz artıq layihə çərçivəsində lazım olan bütün işləri yekunlaşdırmışıq və artıq noyabrın əvvəlindən «Azercell» nömrəsi yığarkən nömrənin əvvəlində prefiksı yığmaq vacibdir. Ümumiyyətlə onu deyə bilərəm ki, biz bu layihənin icrasına tam hazırıq».

Qeyd edək ki, 2012-ci ilin sonunda və ya gələn ilin yanvar-fevral aylarında Azərbaycanda mobil rabitə operatorları üzrə telefon nömrələrinin abunəçinin istəyinə uyğun olaraq digər operatorun şəbəkəsinə daşınması mexanizminin tətbiqi nəzərdə tutulur. «Daşınan nömrələr» xidmətinin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər. Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. Xidmətin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə, telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu isə o deməkdir ki, abunəçinin operatoru dəyişəcəyi halda yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan nömrələri köçürmək və nömrənin dəyişməsi barədə öz yaxınlarına, biznes partnyorları və həmkarlarına məlumat göndərmək zərurəti qalmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR