Bank Of Baku

Bakıda istirahət məkanlarına bilet satmaq adı altında 18 nəfərə dələduzluq edilib

Bakıda istirahət məkanlarına bilet satmaq adı altında 18 nəfərə dələduzluq edilib
# 20 iyul 2026 11:50 (UTC +04:00)

Bakıda istirahət məkanlarına bilet satacağını deyərək dələduzluq edən şəxs saxlanılıb.

APA xəbər verir ki, Bakı şəhərində dələduzluq əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 35 yaşlı Elvin Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, o, vətəndaşlara bazar qiymətindən ucuz avtomobil və ehtiyat hissələri, eləcə də müxtəlif istirahət məkanlarına bilet satacağını vəd edərək onların etibarını qazanıb. Bu yolla E.Məhərrəmov 18 nəfərə qarşı dələduzluq edərək onlara müxtəlif məbləğlərdə maddi ziyan vurub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR