Bank Of Baku

«Azercell» şirkəti 4G xidmətinin şəbəkəsini genişləndirəcək

«Azercell» şirkəti 4G xidmətinin şəbəkəsini genişləndirəcək
# 06 noyabr 2012 12:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkəti tətbiq etdiyi 4G xidmətinin şəbəkəsini genişləndirəcək. «APA-Economics»in məlumatına görə, bu barədə şirkətin prezidenti Kirill Qaburiç bildirib.

Onun sözlərinə görə, Azərbaycan regionda ilk ölkədir ki, 4G texnologiyasını kommersiya layihəsi şəklində tətbiq edib: «Biz 4G şəbəkəsini genişləndirmək niyyətindəyik. Hazırda ölkədə buna tələbat da var, şirkətin bu şəbəkəni genişləndirməsi üçün hər bir imkanı da var. 4G xidmətin istifadəçilərinin sayının artmasına baxmayaraq, ölkədə 4G-ni dəstəkləyən cihazlar məhduddur və bütün avadanlıqlar sözügedən xidməti dəstəkləməyə hazır deyil. Məhz bu səbəbdən Azərbaycanda 4G istifadəçilərinin sayı bir o qədər çox deyil».

Ümumiyyətlə, şəbəkənin keyfiyyətinin yaxşılaşdırılmasına gəldikdə K.Qaburiç bildirib ki, «Azercell» şəbəkənin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işləri daim davam etdirir və şirkət fəaliyyətə başladığı gündən indiyədək bu işlərə 1 mlrd. ABŞ dollarından artıq investisiya yatırıb: «Biz bu istiqamətdə sərmayə qoyuluşlarını davam etdirəcəyik və əgər keçən il təkcə Bakı və Abşeron yarımadasında 160 ədəd 3G baza stansiyası quraşdırmışıqsa, 2013-cü ildə ölkə üzrə baza stansiyalarımızın sayını iki dəfə artıracağıq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR