Bank Of Baku

Binə qəsəbəsinin su xətlərinin dəyişdirilməsi başa çatır

Binə qəsəbəsinin su xətlərinin dəyişdirilməsi başa çatır
# 06 noyabr 2012 12:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərsu» ASS «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» çərçivəsində Xəzər rayonunun Binə qəsəbəsində 11 km uzunluğunda magistral su xəttinin və 6 km uzunluğunda kanalizasiya kollektorunun tikintisini cari ilin dekabr ayında başa çatdırmaq niyyətindədir.

«Azərsu» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, növbəti mərhələlərdə Binə qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsi yaradılacaq, hər bir ev üçün qoşulma veriləcək və sayğac quraşdırılacaq. Layihəyə uyğun olaraq Binə qəsəbəsində müxtəlif diametrli borularla 320 km uzunluğunda qəsəbədaxili içməli su xətti, 296 km uzunluğunda kanalizasiya xətti çəkiləcək. Qəsəbənin normal su təchizatını təmin etmək məqsədi ilə hər birinin tutumu 10 min kubmetr olan 2 ədəd su anbarının tikilməsi də nəzərdə tutulur. Bu anbarlardan qəsəbəyə içməli suyun verilməsi özüaxımlı rejimdə həyata keçiriləcək.

Qeyd edək ki, qəsəbəyə içməli su tikintisi davam edən Ceyranbatan-Balaxanı-Ramana-Zirə kəmərindən veriləcək. Layihənin icrası başa çatdıqdan sonra Binə qəsəbəsinin 70 mindən artıq sakini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunacaq. Qəsəbədə yaranan tullantı suları toplanaraq təmizlənmək üçün çirkab sutəmizləyici qurğuya ötürüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR