Bank Of Baku

Azərbaycan beynəlxalq İKT bazarlarına çıxmaq niyyətindədir

Azərbaycan beynəlxalq İKT bazarlarına çıxmaq niyyətindədir
# 07 noyabr 2012 13:16 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu gün Bakıda keçirilən Azərbaycan-ABŞ İKT forumunda çıxışında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda əhalinin 65%-i internetdən istifadə edir, bundan 35% isə genişzolaqlı internet istifadəçisidir, eləcə də ölkə ərazisinin 85%-i rəqəmsal televiziya ilə əhatə olunub. Ə.Abbasov bildirib ki, 2025-ci ilədək İKT-dən əldə olunan gəlirlər neft gəlirlərinə bərabər olacaq.

Nazirin sözlərinə görə, bu ilin mart ayında yaradılan İKT-nin İnkişaf Fondu gələn ilin yanvarından etibarən fəaliyyətə başlayacaq: «Bizim bu sahədə ambisiyalarımız böyükdür. Bu, xüsusilə beynəlxalq İKT bazarlarına çıxmaqla bağlıdır», - deyə nazir vurğulayıb.

Ə.Abbasov bildirib ki, internetin inkişafı kibercinayətkarlıqla mübarizə məsələsini də aktuallaşdırır: «Bu cinayətlərə qarşı mübarizə gücləndirilməlidir». Nazir Azərbaycan və ABŞ-ın bu sahədə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu da bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR