Bank Of Baku

ABŞ Azərbaycanda həyata keçirilən genişzolaqlı internetin genişlənməsini dəstəkləyir

ABŞ Azərbaycanda həyata keçirilən genişzolaqlı internetin genişlənməsini dəstəkləyir
# 07 noyabr 2012 14:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. “İKT sahəsində rəqəmsal fərqlər aradan qaldırılmalıdır”. “APA-Economics”in xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin informasiya-kommunikasiya məsələləri üzrə əlaqələndiricisi Filip Verveyer Bakıda keçirilən Azərbaycan-ABŞ İKT Forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, hər kəsin internetə çıxışı olmalı və bundan heç kim məhrum olmamalıdır: “ABŞ Azərbaycanda həyata keçirilən genişzolaqlı internetin genişlənməsini dəstəkləyir”.

İki ölkə arasında mövcud əlaqələrə toxunan F.Verveyer qeyd edib ki, mövcud əməkdaşlıq bir qədər də inkişaf etdiriləcək və genişləndiriləcək: “Əlaqələrimiz maksimal həddə çatdırılmalıdır. Mövcud imkanlardan yararlanmağın vaxtı çatıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR