Bank Of Baku

Bakı Metropoliteni 45 illiyini qeyd edir

Bakı Metropoliteni 45 illiyini qeyd edir
# 08 noyabr 2012 06:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramıdır. Azərbaycan paytaxtının yeraltı polad magistralının fəaliyyətə başlamasından 45 il keçir.

Metropolitendən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanda metronun tarixi 1967-ci il noyabrın 6-da başlayıb. Uzunluğu 6,5 km olan xətt üzərində 5 stansiya istifadəyə verilib. Hazırda isə Bakı Metropoliteni ümumi uzunluğu 34,56 km olan 2 xətt üzərindəki 23 stansiyadan və 266 vahidlik vaqon parkından ibarətdir. 45 illik fəaliyyəti dövründə metropoliten böyük inkişaf yolu keçib. Stansiyaların sayı 4 dəfədən çox artıb. İstismarda olan yolların ümumi uzunluğu 86,71 km-ə, tunellərin ümumi uzunluğu isə 91,36 km-ə çatıb. Ümumiyyətlə, Bakı Metropoliteni MDB ölkələrinin metropolitenləri arasında qabaqcıl yerlərdən birini tutur.

«Hazırda metropoliten deposunun vaqon parkı ən optimal hərəkət qrafikini təmin edə biləcək gücə malikdir. Bu da sərnişinlərə xidmət mədəniyyətini daim yüksək səviyyədə saxlamaq imkanı verir. Vaqon parkı yeni vahidlər hesabına gücləndirilib, hərəkətin təşkilinin müasir üsulları tətbiq olunub, vaqonların, eskalatorların, yol və tunel qurğularının təmir bazası möhkəmləndirilib, ventilyasiya sistemində qayda yaradılıb, vaqonların depo ərazisində əlverişli şəraitdə saxlanması üçün tədbir görülüb, elektrik enerjisi ilə təminat və qatarların dartı qüvvəsinin artırılması üçün yeni yarımstansiya tikilib», - deyə Metropolitendən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR