Bank Of Baku

Yasamal rayonunun bir hissəsinə içməli suyun verilməsində fasilələr olacaq

Yasamal rayonunun bir hissəsinə içməli suyun verilməsində fasilələr olacaq
# 08 noyabr 2012 15:06 (UTC +04:00)
Bakı - APA-Economics. “Azərsu” ASC istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.

ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Yasamal rayonunun İ.Qutqaşenli küçəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri ilə əlaqədar noyabrın 9-da İ.Qutqaşenli və M.Müşviq küçələrində, həmçinin İnşaatçılar prospektinin bir hissəsinə içməli suyun verilməsində fasilələr olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR