Bank Of Baku

Azərbaycanın İT sektoru 2022-ci ilədək 12%-dən çox artacaq

Azərbaycanın İT sektoru 2022-ci ilədək 12%-dən çox artacaq
# 09 aprel 2019 13:20 (UTC +04:00)

Azərbaycanın İT sektoru 2022-ci ilədək orta hesabla 12,3% artacağı proqnozlaşdırılır.

ONA-nın Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının dərc etdiyi “Market Analysis Azerbaijan 2019” adlı xüsusi nəşrinə istinadən verdiyi məlumata görə, İT xidmətlər və proqram sektorlarında ildə ortalama 16%-lik, İT avadanlıqlar üzrə isə 11,3% artım gözlənilir. Ötən il sözügedən sahənin təxminən 0,9 mlrd. ABŞ dolları həcmində genişləndiyi halda, 2022-ci ildə bazarın 1,6 mlrd. dollara çıxa biləcəyini proqnizlaşdırılır.

Bununla yanaşı, telekommunikasiya sektorunda artım perspektivləri kifayət qədər azalıb. Bazar 2022-ci ilədək orta hesabla 3%-lik illik artım gözləyir. Sektorda, xüsusilə də sabit şəbəkədə liberallaşmanın olmaması və əhalinin son illərdə satınalma gücünün azalması daha yüksək artıma maneə törədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR