Bank Of Baku

"AvtoVAZ" üçhəftəlik məzuniyyətə çıxır

"AvtoVAZ" üçhəftəlik məzuniyyətə çıxır
# 24 iyul 2020 12:50 (UTC +04:00)

Rusiyanın avtomobil istehsalçısı "AvtoVAZ" iyulun 27-dən üçhəftəlik korporativ məzuniyyətə çıxır.

"APA-Economics" xəbər verir ki, bu barədə "AvtoVAZ"ın dərc etdiyi məlumatda deyilir.

Korporativ məzuniyyət avqustun 16-dək davam edəcək. Eyni zamanda İjevsk şəhərindəki "Lada" və Tolyattidəki "Lada Qərb" istehsalat sahələri də məzuniyyətə çıxacaq. Məzuniyyət dövründə "AvtoVAZ" qrupunun müəssisələrində avadanlıqların planlaşdırılmış modernləşdirilməsi davam etdiriləcək və işçilərin iş şəraitinin yaxşılaşdırılması proqramı daxil olmaqla zəruri təmir işləri aparılacaq.

"Hazırda şirkət tərəfindən "Lada" diler şəbəkəsində bütün modellərin mövcudluğunu təmin edəcək kifayət qədər kommersiya avtomobili hazırlanıb", - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR