Aznetdə fişinq hücumları yanvarda kəskin artıb

Aznetdə fişinq hücumları yanvarda kəskin artıb
# 01 fevral 2021 11:12 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanın ".az" domenində olan saytların hər 131-i nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib.

"APA-Economis"in "Netcraft" analitik şirkətinə istinadən verdiyi məlumata görə, ümumilikdə, Azərbaycan saytlarının 278-i fişinq hücumunun qurbanı olub ki, bu rəqəm ümumi qeydiyyatdan keçən saytların 0,76%-nı təşkil edir. Bu göstərici üzrə son bir ay ərzində 2,1 dəfə artım müşahidə olunub.

Qeyd edək ki, bu günə ".az" domenində 36,4 mindən çox sayt qeydiyyatdan keçib.

"Netcraft"ın məlumatına görə, Ukraynada hər 25, Rusiyada 117, Belarusda 748, Latviyada 107, Litvada 204, Estoniyada 194, Qazaxıstanda 861, Özbəkistanda 407, Tacikistanda 47, Qırğızıstanda 333, Gürcüstanda 274, Ermənistanda isə 202 sayta bir uğurlu fişinq hücumu düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR