Bu il "PayPal" ödəniş sisteminin Azərbaycanda işləməsi istiqamətində nəzərdə tutulan işlər davam etdiriləcək.
Bunu "APA-Economics"ə "Azexport.az" portalının meneceri Ayxan Qədəşov deyib.
Onun sözlərinə görə, ötən il bu istiqamətdə görülən işlər pandemiya səbəbindən bir qədər ləngiyib: "“PayPal”ın Azərbaycanda işləməsi üçün qanunvericilikdə müəyyən məsələlər əks olunmalıdır. Biz çox istərdik, bu sistem ölkədə işləsin, çünki bu, elektron ticarət üçün həqiqətən də güclü bir mexanizmdir".