Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) 2021-ci ildə keçiriləcək Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı (ÜTİK-21) üçün ərəb qrupunun ilk iclası keçirilib.
Regional Rabitə Birliyindən (RRB) "APA-Economics"ə verilən məlumata görə, tədbirdə regional və beynəlxalq telekommunikasiya təşkilatları üzvlərinin 60-dan çox nümayəndəsi iştirak edib.
İclasda Azərbaycan, Rusiya Rabitə Administrasiyalarının nümayəndələri, həmçinin Regional Rabitə Birliyinin (RRB) İcraiyyə Komitəsinin rəhbərliyi iştirak edib.
İclas iştirakçıları ÜTİK-21-ə hazırlıq məsələlərini, həmçinin Konfransın qərarlarını, bəyannaməsini, strateji planını və tövsiyələrini nəzərdən keçiriblər.
Gündəliyə həmçinin İş Qrupları və BTİ Telekommunikasiya İnkişafı Sektoru, regional təşəbbüslər və ümumi müzakirələr daxil edilmişdir.
ÜTİK-21 üçün regional hazırlıq iclaslarının keçirilməsi ilə əlaqədar BTİ Regional Təşkilatlarında işlər davam etdiriləcək.